Xəbər - Humay Ağacanova – Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçı qəbul edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.