Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı çərçivəsində bu günədək 73
terrorçu zərərsizləşdirib.
Trend-in
məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar
Aralıq dənizi bölgə komandanlığına ziyarəti zamanı jurnalistlərə
açıqlamasında deyib.
O, əlavə edib ki, bu müddət ərzində 102 sığınacaq və 500-dən çox
partlayıcı maddə məhv edilib.
Eyni zamanda, 10 türk hərbçi həlak olub. Bölgədə antiterror
əməliyyatı davam etdirilir.
Qeyd edək ki, “Pəncə Kilid” əməliyyat aprelin 18-də
başlayıb.