Hulusi Akar Suriya sərhədinə gəldi

Hulusi Akar Suriya sərhədinə gəldi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi hissə komandirlərinin müşayiəti ilə Suriya ilə sərhədə gəlib.

AzerTimes xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Musa Avsever, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və Türk Hava Qüvvələrinin komandanı Atilla Gülan nazirlə birlikdə Hataya səfər ediblər.

Akar və Türkiyə ordusunun komandirlərini 2-ci korpus komandiri general Metin Gürak və digər səlahiyyətli şəxslər qarşılayıblar.

Daha sonra nazirin rəhbərlik etdiyi nümayəndə heyəti sərhədə gedərək “Bahar qalxanı” əməliyyatının qərargahını ziyarət edib.

Teqlər: