Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib.
Trend-in məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.
K.Vəliyevi Baş Qərargah rəisi təyin olunması ilə bağlı təbrik edən H.Akar Türkiyənin “Bir millət, iki dövlət” anlaylışı ilə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olacağını bildirib.