Ukrayna ordusu Rusiya mövqelərinə əliboş getməmək üçün Qərbdən silah tədarükünü gözləyir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantika məsələləri üzrə müavini Olqa Stefanşina deyib.
“Kiyev mövcud silah və sursatın miqdarını kifayət qədər hesab etdiyi zaman Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləmək olar. Ukrayna qoşunlarına aviasiya, tanklar, artilleriya, zirehli texnika və mərmilər lazımdır”, – Stefanşina bildirib.