Kiyevdə səfərdə olan Çexiya Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova hava həyəcanı siqnalı səbəbindən digər qonaqlarla birgə yeraltı parkinqə sığınıblar.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
Bildirilib ki, sığınacaqda qonaqlar üçün zəruri şərait yaradılıb.
Yaranan vəziyyət səbəbindən Çexiya liderinin görüşü məhz sığınacaqda baş tutub. Krım tatarlarının lideri Mustafa Cəmilov və Refat Çubarov oraya gəliblər.
43 dəqiqədən sonra hava həyəcanı siqnalı dayandırılıb, ilk olaraq Slovakiya prezidenti, ardınca Çexiya lideri görüşünü bitirdikdən sonra sığınacaqdan çıxıb.