“Hubble” teleskopu kainatın Yerdən ən uzaq məsafədə yerləşən
ulduzunu tapıb.
Trend xəbər verir ki, Avropa Kosmik Agentliyinin yaydığı
məlumata görə, bu, təxminən 13 milyard il əvvəl meydana gələn
Earendel ulduzudur.
Bildirilir ki, bu indiyə qədər müşahidə edilən ən uzaq tək
yerləşən ulduzdur. Səma cismi yerdən o qədər uzaqdadır ki, onun
işığının Yer planetinə çatması üçün 12,9 milyard il vaxt
lazımdır.
Bununla belə, ulduz Kainatın yaşı təxminən 900 milyon il olduğu
zamandakı kimi görünür.