“Huawei” şirkəti bu ilin iyun və iyul aylarında smartfonların satış həcminə görə özünün amerikalı rəqibi “Apple” şirkətini geridə qoyub.
“Huawei” Cənubi Koreyanın “Samsung” şirkətindən sonra reytinqdə ikinci yeri tutub.
Analitiklər güman edirlər ki, mövqelərin dəyişməsi son zamanlar “Apple” smartfonları ətrafında yaranmış sükutla bağlıdır. Çox güman ki, bu, həmçinin “Apple”in yeni inqilabi flaqman istehsalı ilə bağlıdır.
Ancaq bununla belə, mütəxəssislər qeyd edirlər ki, “Huawei” məhsullarının ümumi populyarlığına baxmayaraq, dünya mobil “bestseller”lərinin onluğunda bir dənə də Çin smartfon istehsalçısının adı yoxdur.