Uzun zamandır böyük maraqla gözlənilən HUAWEI P50 Pro və HUAWEI P50 Pocket smartfonları artıq “Kontakt” mağazalarında təqdim edildi. İddialı özəllikləri ilə adından hələ çox bəhs etdirəcək bu iki modeli gəlin daha ətraflı incələyək.
Dxomark reytinqin əsasən dünyanən ən yaxşı kameraya malik HUAWEI P50 Pro: Əgər nə vaxtsa smartfon ilə fotoaparat qədər mükəmməl şəkil çəkməyin mümkün olub-olmadığını düşünmüsünüzsə, cavab: bəli. Çünki Huawei yeni bazara çıxardığı HUAWEI P50 Pro modeli ilə bütün stereotipləri aşaraq smartfonlar arasında rəqabəti bir daha zirvəyə daşıyıb.
Smartfon, P seriyasının fotoqrafiyasına xarakteristik olan peşəkar şəkil çəkməyi miras alıb, şəkil çəkməkdə indiyə qədər təqdim edilən bütün modellərinin üstünə çıxaraq gerçəkliyi, canlılığı və rəngləri ən incə xırdalıqlarına qədər lentə ala bilən dördlü arxa kamera – əsas 50 MP (f/1.8 diafraqma, OIS) + 40 MP (monoxrom obyektiv) + 13 MP (ultragenişbucaqlı obyektiv) + 64 MP (3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom, OIS) və 13 MP-lik ön kamera ilə təchiz olunub.
Model, RGB kamera, monoxrom kamera və çox spektrli sensordan ibarət Super Əsas Kamera Matrisinə malik ilk Dual Matrix Kamera sistemini təqdim edir. “True-Chroma Shot”, yeni Super Rəng Filtr sistemi ilə “XD Fusion Pro”, “True-Chroma Image Engine” və HUAWEI P50 Pro ilə yaradılmış Super HDR texnologiyası sayəsində fotoşəkillər zəif işıq şəraitində belə bütün detalları və rəngləri olduğu kimi əks etdirəcək.
Hətta çox uzaqdakı obyektlərin şəkillərini çəkmək artıq problem olmayacaq. Çünki cihaz 100x-ə qədər böyütmə qabiliyyətinə malik periskop böyütmə obyektivi, ultra geniş bucaqlı obyektiv və sabitləşdirmə texnologiyası özündə birləşdirib.
Bəhs edilən model yalnız üstün kamera özəllikləri ilə yox, həm də dizayn cəhətdən də mükəmməliyi ilə seçilir. 8 GB operativ, 256 GB daxili yaddaş, 6.6″ Oled ekran, 4360 mAh batareya, komplektasiyaya daxil 66 Vt simli SuperCharge adaptoru, 55 Vt simsiz “SuperCharge” adaptoru ilə təchiz olunmuş P50 Pro olduqca yüngül və incədir. Ekran P3 rəng əhatəsi və 1,07 milyard rəngə qədər dəstəkləyən 3D qövsvari şüşə ekranına malikdir. Displey titrəmədən tamamilə azad olunub, beləliklə hətta uzun müddətli istifadə sizin gözünüzə ziyan dəyməyəcək. Üstəlik modelin stereo dinamikləri elə quraşdırılıb ki, özünüzü oynadığınız oyunun, izlədiyiniz filmin, dinlədiyiniz musiqinin içərisində hiss edəcəksiniz.
Modelin başqa bir üstünlüyü isə onun suya və toza dayanıqlılıq üçün IP68 sertifikasiyasına sahib olmasıdır. Qara və Qızılı rəng seçimləri olan sözügedən smartfonu artıq “Kontakt” mağazalarında nağd alışda 2399, kreditlə alışda isə ilkin ödənişsiz, faizsiz ayda 199 manatdan başlayan qiymətlərlə satış üçün təqdim olunub.
Dünyanın ən gözəl qatlana bilən smartfonu HUAWEI P50 Pocket: Bu smartfon Huawei şirkətinin ilk dəfə sınadığı qatlana bilən telefon formasına malikdir. Qatlanmış vəziyyətdə qalınlığı cəmi 15,2 mm qədər az olan bu telefonu istər cibinizdə, istər çantanızda rahatlıqla daşıya bilərsiniz. Diqqət çəkən xüsuslardan biri də odur ki, model boşluqsuz qatlana bilən struktura sahibdir. Qatlanmış vəziyyətdə pul kisəsini xatırladan model, açıldıqda 6.9” ekran ölçülü smartfona çevrilir. Naxışlı korpusu və arxa səthində istifadə edilən rəngi ilə göz oxşayan bu telefon dayanıqlılıq baxımından da sərhədləri aşıb. Təzyiqli metal qəlibləmə texnikası ilə istehsal edilən model sənaye standartlarından 20% daha möhkəm quruluşa malikdir. Erqonomik üstünlük yaradan HUAWEI P50 Pocket ekranın nazik çərçivəsi sayəsində ekran-gövdə nisbəti 85,1 təşkil edir. Huawei hər rəng üçün korpusda fərqli naxışlardan istifadə edib. Bütün hallarda telefonun vizuallığı olduqca ürəkaçandır. Açıq vəziyyətdə qalınlığı cəmi 7,2 mm olan bu smartfonun ağırlığı isə cəmi 190 qram təşkil edir.
HUAWEI P50 Pro modelində olduğu kimi bu modeldə suya və toza dayanıqlıdır. Modelin batareya tutumu 4000 mAh təşkil edir.
HUAWEI P50 Pocket-də olan “HUAWEI XD Fusion Pro” texnologiyası və “HUAWEI Ultra Spectrum” kamerası sizə yüksək keyfiyyətli fotoşəkillər təqdim edəcək. Qatlana bilən dizayn və xarici ekranın olması əsas kameradan istifadə edərək selfi çəkməyə imkan verir. Əsas kamera böyük sensorla təchiz olunub, onun sayəsində siz zəif işıqda belə yüksək keyfiyyətli selfi və selfi videoları çəkə bilərsiniz. Ultra Spektr kamerasındakı 13MP ultra geniş bucaqlı obyektiv mənzərə şəkillərini çəkmək üçün 120 dərəcə baxış bucağına malikdir. Modeldə videonun stabilizasiya texnologiyası var. Bu texnologiya ştativ olmadan əsas kameradan istifadə edərək yüksək keyfiyyətli videolar çəkməyə imkan yaradır. 12 GB operativ, 512 GB daxili yaddaş tutumu olan HUAWEI P50 Pocket smartfonunu indi “Kontakt” mağazalarından nağd alışda cəmi 3099, kreditlə alışda isə ilkin ödənişsiz, 12 ay faizsiz, ayda cəmi 258 manata ala bilərsiniz. Üstəlik avqustun 21 dək bu smartfonu alanlara HUAWEİ GT 3 saatlarından biri HƏDİYYƏ olunacaq.