Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseynqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.
Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.