“Hotels Group” şirkəti Vətən müharibəsi iştirakçılarını Zəfər Günü münasibətilə özünəməxsus şəkildə təbrik edib.
Azərbaycanda fəaliyyət göstərən bir neçə aparıcı oteli özündə birləşdirən “Hotels Group” şirkəti Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü münasibətilə maraqlı tədbir təşkil edib.
“Vətənsiz oğul olmaz, oğulsuz Vətən” şüarı altında keçirilən bayram tədbiri şirkətin strukturuna daxil olan “River İnn Resort&Spa” otelində təşkil olunub. Məqsəd otelin yerləşdiyi ölkənin məhz şimal bölgəsində yaşayan Qarabağ müharibəsi qazilərini sevindirməkdir.