

ABŞ aerodromlara hücuma görə Rusiyadan Ukraynaya cavab zərbəsi gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb.
“Rusiya aviabazalarına irimiqyaslı dron hücumundan sonra Amerika rəsmiləri Moskvadan sərt cavab proqnozlaşdırır. Vaşinqton ehtimal edir ki, Rusiya dronlarla mülki infrastruktura zərbələr endirə, enerji sisteminə hücum edə, orta mənzilli ballistik raketlərdən istifadə edə bilər. Zərbələr Rusiyanın strateji qüvvələrinə xeyli ziyan vurub, lakin bu, Rusiyanın hücumunu dayandıra bilməyəcək”, – mənbə bildirib.