Hörmüzdə İran kateri ilə ABŞ gəmisi arasında gərginlik

Hörmüzdə İran kateri ilə ABŞ gəmisi arasında gərginlik

İran Hərbi Dəniz Qüvvələrinə məxsus katerlə ABŞ-ın helikopterdaşıyan gəmisi Hörmüz boğazında toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

SEPAH-dan bildirilib ki, Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ hərbi gəmisini izləyib və onu İranın əmrlərinə tabe olmağa məcbur edib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Tanqsirinin sözlərinə görə, helikopterlər ABŞ gəmisindən havaya qalxdılar, lakin Hörmüz boğazına nəzarət edən SEPAH qüvvələrinin xəbərdarlıq etməsi və gəmiləri hadisə yerinə yönəltməsi ilə tezliklə yerə enməyə məcbur oldular.

Tanqsiri qeyd edib ki, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzinə daxil olmasından 22 ay sonra ilk hadisə idi.

Qeyd olunub ki, toqquşma avqustun 17-də baş verib.

Teqlər: