Xəbər - Ceyhun Ələkbərov – Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası üzrə infrastruktur işlərinə başlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova deyib.
Onun sözlərinə görə, işlərin Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətlərində həyata keçirilməsi nəzərdə tutulub:
“Hazırda bütün dövlət qurumlarında o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş rayonlarda layihələndirmə və infrastruktur işləridir. Bütün dövlət qurumları ilə birlikdə mərhələli şəkildə tədbirlər görüləcək. Sözügedən ərazilər uzun illər ermənilər tərəfindən istismara yararsız hala salınıb”.