Horadiz-Ağbənd dəmir yolu ilə Naxçıvanla əlaqənin qurulması təmin olunacaq – Şöbə müdiri

Füzuli. Ceyhun Ələkbərov – Trend:

Horadiz-Ağbənd dəmir yolu xətti strateji əhəmiyyətə malikdir.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xətti vasitəsi ilə vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə rahat şəkildə gedib-gələ biləcəklər:

“Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsi ilə gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin qurulması təmin olunacaq. Bildirim ki, əvvəllər də burada dəmir yolu xətti mövcud olub, ancaq 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımız işğal altına düşdükdən sonra infrastruktur dağıdılıb. 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildi, yenidənqurma işlərinə başlandı. 14 fevral tarixində dövlət başçısı həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu”.

Teqlər: