Huawei ‘Honor 9’u təqdim etdi

Huawei ‘Honor 9’u təqdim etdi

Xarici görünüşcə Honor 9, keçmiş Honor 8 modelinə bənzəyir. Smartfonun arxa paneli şüşədən, qıraqları isə metal çərçivədən ibarətdir.

Keçmiş versiyalardan fərqli olaraq bu dəfə barmaq izi skanı məhz “Home” düyməsinə inteqrasiya edilmişdir.

Texniki göstəricilərə gəldikdə isə Honor 9, 5.15 inç Full HD IPS ekran, 8 nüvəli Kirin 960 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 3200 mAh enerji tutumlu batareya (Super Charge 3.0 sürətli enerji yığma funksiyalı), biri 12, digəri isə 20 MP olmaqla ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub.

Smartfon, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Yeni Honor 9-un əsas üstünlüyü qiymətindədir. Belə ki, Çin bazarında 4 GB RAM-lıq və 64 GB-lıq daxili yaddaşa sahib versiya 334$, 6 GB RAM-lıq və 64 GB-lıq daxili yaddaşa sahib versiya 383$, 6 GB RAM-lıq və 128 GB-lıq daxili yaddaşa sahib versiya isə 442$ təşkil edəcək.

honor-9