“Cathay Pacific” aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).
“Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.