Hondurasda 5,9 bal gücündə zəlzələ oldu

Hondurasda 5,9 bal gücündə zəlzələ oldu

Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.

AzerTimes ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri Honduras körfəzinin sahilində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ Türkiyə və Suriyadakı ardıcıl yeraltı təkanlar silsiləsindən iki gün sonra qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.

“El Heraldo de Honduras” qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.

Teqlər: