“Honda” 750 min avtomobili geri çağırdı

“Honda” 750 min avtomobili geri çağırdı

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” təhlükəsizlik yastıqlarında yaranmış nasazlıq səbəbindən ABŞ-dakı 750 000 avtomobili geri çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters”məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ön sərnişin oturacağının çəki sensorunun çatlaya və qısaqapanmaya səbəb ola biləcəyini, bunun nəticəsində hava yastığının düzgün açılmama ehtimalının olduğunu açıqlayıb. Dilerlər oturacaqların çəki sensorlarını dəyişdirməlidirlər.

2020-2022 il istehsalı “Honda Pilot”, “Accord” və “Civic”, həmçinin “Honda CR-V” və “Passport” kimi 2020 və 2021-ci il modelləri geri çağırılacaq.

Teqlər: