Holovniya: Həyat yoldaşım cəbhəyə gedəcək!

Holovniya: Həyat yoldaşım cəbhəyə gedəcək!

Müharibə olacağı təqdirdə həyat yoldaşım da cəbhəyə gedəcək.

AzerTimes xəbər verir ki, bunu Polşa Seyminin sədri Şimon Holovniya deyib.

“Arvadım da cəbhəyə gedəcək. Silahlı qarşıdurma olarsa, həyat yoldaşım öləcək. Bunu istəmirəm, Allah qorusun! O, orduda xidmət edir, bizim mediada və ya siyasətdə etdiyimiz kimi sözlə döyüşmür”, – o bildirib.

Qeyd edək ki, Holovniyanın arvadı Ursula Bjezinska-Holovniya Polşa Hərbi Hava Qüvvələrinin zabiti və MiQ-29 qırıcısının pilotudur.

Teqlər: