Koronavirusun “omicron” variantı səbəbindən pandemiyanın yeni dalğasına baxmayaraq, Hollandiyada koronavirus məhdudiyyətləri şənbə günündən etibarən yüngülləşdirilir.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, il ehtiyac məhsulları ilə ticarət etməyən mağazaların, bərbərxanaların və idman salonların fəaliyyət məhdud şəkildə bərpa olunacaq. Tələbələr yenidən kollec və universitetlərə gedəcəklər.
Lakin barlar, restoranlar, teatrlar, muzeylər və digər ictimai yerlər bağlı qalacaq. Hökumət dəyişikliklərlə bağlı rəsmi qərarını cümə günü verəcək.