Hollandiya müdafiə xərclərini 5 milyard avro artıracaq.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri
Kaysu Ollonqren bildirib.
Onun spzlərinə görə, əlavə vəsait, o cümlədən altı F-35 qırıcısı
və dörd MQ-9 Reaper PUA da daxil olmaqla, hərbi texnikanın
alınmasına yönəldiləcək.
Xarici KİV-lər bunu “Soyuq Müharibə” dövründən krallıq üçün
müdafiə xərclərinin ən böyük artımı adlandırır.
Ollonqren müdafiə büdcəsini artırmaq qərarını izah edərək qeyd
edib ki, Ukrayna hadisələri və dünyada baş verən digər böhranlar
Hollandiyanın öz təhlükəsizliyinə daha çox diqqət yetirməli
olduğunu göstərir.