Hollandiyanın boya və üzlük istehsalçısı “Holland Colours”
şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus
layihələrinə investisiyalarını dayandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin nümayəndələri xəbər
veriblər.
“Holland Colours” Rusiya və Belarusda biznesin inkişafına
investisiyaları dayandırır, lakin Aİ sanksiyalarına uyğun olaraq
məhsullarını müştərilərə satmağa davam edəcək”, – deyə açıqlamada
deyilir.