LafargeHolcim yeni qrup kimliyini təqdim edib və “Holcim” şirkətlər qrupu olub. Şirkət həm insanlar, həm də planet üçün inkişafa nail olmaq məqsədilə bazardakı bütün markalarını yeni Qrup kimliyində birləşdirir. Ekoloji təmiz tikinti materiallarının istehsalında 1 nömrə olan “Holcim” şirkəti dünyanın sıfır karbon emissiyalı və inklüziv gələcəyə keçidini sürətləndirməkdə mühüm rol oynamağı qarşıya hədəf qoyub.
“Holcim”in baş icraçı direktoru Yan Yeniş şirkətin kimliyinin dəyişdirilməsi ilə bağlı çıxış edərkən deyib: “Bu gün şirkətimizin innovativ və dayanıqlı tikinti materialları sahəsində qlobal liderə çevrilməsi üçün mühüm mərhələyə qədəm qoyuruq. Demoqrafik artım, urbanizasiya və iqlim problemləri fonunda dünyada bir sıra dəyişikliklər baş verir. Bizim əsas missiyamız aşağı karbonlu və sirkulyar tikinti fəaliyyətinə keçidi sürətləndirərək sıfır karbon emissiyalı gələcək qurmaq və hər kəs üçün yaşayış standartlarını yaxşılaşdırmaqdır. yeni Qrup kimliyimiz bütün dünyaya siqnal göndərərək həm insanlar, həm də planetimiz üçün inkişafı təmin etməyə tam hazır olduğumuzu göstərir”.
“Holcim” tikinti sektoru üzrə dünyanın ən nüfuzlu bir neçə markasını özündə birləşdirir. Buraya “ACC”, “Aggregate Industries”, “Ambuja Cements”, “Firestone Building Products”, “Geocycle”, “Holcim” və “Lafarge” şirkətləri daxildir. Sektorda bizi təmsil edən bütün markalar öz ad və kimlikləri ilə fəaliyyət göstərirlər.
“Holcim” yeni kimliyini təqdim etməklə şəhərlərin ekologiyasının yaxşılaşdırılması və “smart” infrastrukturun qurulması istiqamətində fəaliyyətini daha da genişləndirir. Biz müxtəlif çeşiddə aşağı karbon emissiyalı tikinti materiallarımızla bütün dünyada yaşayış standartlarını yaxşılaşdırmağı qarşıya məqsəd qoymuşuq. Sıfır karbon emissiyalı şirkətə çevrilməyi hədəf alan “Holcim” dayanıqlılığı strateji prioritet hesab edir. Şirkət təkrar emal üzrə dünya lideri kimi sirkulyar iqtisadiyyatı stimullaşdırmaq istiqamətində layihələr həyata keçirir. “Holcim” açıq innovasiyaları gücləndirməklə yanaşı məlumatların idarəçiliyi və çeviklik prinsipləri əsasında “smart” biznes formalaşdırmağa çalışır.
Yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirən şirkət infrastruktur və şəhərlərin transformasiyası ilə bağlı geniş imkanlarını nümayiş etdirmək üçün “HolcimByDesign” adlı yeni “Instagram” səhifəsini açıb. Bu platforma ekoloji təmiz materiallardan və “smart” texnologiyalardan istifadə etməklə tikinti işlərinin daha sirkulyar şəkildə aparılmasını və resurslara qənaət etməklə daha böyük işlərin reallaşdırılmasını əks etdirəcək. Yeni “Instagram” səhifəsində, həmçinin gələcəyin şəhərlərini daha davamlı, dayanıqlı və inklüziv şəkildə formalaşdıran aparıcı memarlar, inşaat işçiləri və mütəxəssislər ilə xüsusi müsahibələr yer alacaq.
“Holcim” haqqında
“Holcim” həm insanlar, həm də planetimiz üçün inkişafı təmin etmək missiyası daşıyır. İnnovativ və dayanıqlı tikinti materialları sahəsində qlobal lider kimi “Holcim” bütün dünyada şəhərlərin ekologiyasını yaxşılaşdırmağa, “smart” infrastrukturu gücləndirməyə və yaşayış standartlarını təkmilləşdirməyə çalışır. Strategiyasının mərkəzində dayanıqlılıq prinsipini yerləşdirən “Holcim” bütün nailiyyətlərini insanlara və cəmiyyətlərə həsr etməklə sıfır karbon emissiyalı şirkətə çevrilmək yolunda addımlayır. Şirkət təkrar emal sahəsində dünya lideri kimi sirkulyar iqtisadiyyatı stimullaşdırır və resurslara qənaət etməklə daha böyük işlərə imza atır. “Holcim” tikinti sektoru üzrə dünyanın ən nüfuzlu bir neçə markasını özündə birləşdirir. Bu markalar içərisində “ACC”, “Aggregate Industries”, “Ambuja Cements”, “Disensa”, “Firestone Building Products”, “Geocycle”, “Holcim” və “Lafarge” yer alır. “Holcim” həm insanlar, həm də planet üçün inkişafı təmin etməyə böyük həvəs göstərən 70,000 işçi ilə 70 bazarda dörd biznes seqmenti üzrə fəaliyyət göstərir. Bu seqmentlərə sement, hazır beton qarışığı, aqreqatlar və məhsullar daxildir.
Ətraflı məlumat üçün: www.holcim.com