Holcim şirkəti Həmkarlar İttifaqı ilə Kollektiv İş Müqaviləsini yeniləyib (FOTO)

Artıq iyirmi ildir ki, Holcim şirkəti Həmkarlar İttifaqı ilə uğurlu və etibarlı tərəfdaşlıq etməkdədir. Bu öhdəlik çərçivəsində, bu il Həmkarlar İttifaqı ilə Kollektiv İş Müqaviləsini yeniləndi.

Holcim şirkətinin məqsədi Azərbaycanda ən cəlbedici işə götürən şirkət olmaqdır. Şirkətin Baş Direktoru Xalid Samaka bildirmişdir ki, “Əməkdaşlar Holcim Azərbaycan şirkətinin əsas dəyəridir və bu səbəbdən əməkdaşlara göstərilən diqqətin davamı olaraq, bu dəfə də kollektiv muqaviləni yenilədik”. Müqavilənin tərkib hissəsi olaraq növbəti illər üçün sosial rifahı və iş şəraitini yaxşılaşdırılmaq, əməkdaşlara artan diqqəti göstərmək və yeni imkanlar yaratmağı nəzərdə tutur.

Beynəlxalq şirkət kimi Azərbaycanda fəaliyyət göstərən Holcim Azərbaycan ASC yerli qanunvericiliyin tələblərinə və qaydalara əməl edir. İşçilərin məmnunluğu üçün rəhbərlik və Həmkarlar İttifaqı arasında olan sosial əməkdaşlığın inkişafını daimi olaraq gücləndirəcəyik. Nümunə olaraq, əməkdaşlar və onların ailə üzvlərinə şamil olunan illik tibbi sığorta paketini və iki əməkdaş üçün həcc ziyarətinə getməyə maliyyə dəstəyi və digər layihələri vurğulamaq olar.


Əlavə olaraq, Holcim şirkətinin Korporativ Sosial Məsuliyyət proqramlarının tərkib hissəsi olaraq əməkdaşların, onların ailə üzvlərinin və icmanın həyat səviyyəsinin yaxşılaşdırılmasına təkan verir.

Teqlər: