HOLCİM Azərbaycanın “Ən yaxşı dizayn işi” müsabiqəsinin qalibləri olan AzMİU-nun tələbələri mükafatlandırılıb (FOTO)

Bu gün HOLCİM Azərbaycan tərəfindən yeni yaradılacaq İnnovasiya
Mərkəzinin dizaynının verilməsi üçün Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) tələbələri arasında elan olunmuş “Ən yaxşı
dizayn işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi
keçirilib. Mərasimdə HOLCİM Azərbaycanın Baş direktoru Xalid
Samaka, Kommersiya direktoru Sergiu Stoicov, Əlaqələr və davamlı
inkişaf üzrə meneceri Rəna Tahirova, AzMİU-nun Memarlıq
fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müdiri
Təranə Bəkirova, Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif
Əskərov, müsabiqəyə qoşulan tələbələr və şirkətin daimi müştəriləri
iştirak ediblər.

Şirkətin direktoru Xalid Samaka və meneceri Rəna Tahirova
tələbələrin müsabiqədəki işlərindən danışıblar, onların
istedadlarını yüksək dəyərləndiriblər.
Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov
müsabiqənin qaliblərini elan edib. İlk öncə tələbələr tərəfindən
seçilən qalib komanda, Memarlıq fakültəsinin tələbələri Nilüfər
Səmədova və Ləman Məhərrəmovaya diplom və gül dəstələri təqdim
olunub. Daha sonra Münsiflər Heyəti tərəfindən seçilən əsas ilk 3
işin qalibi elan olunub.
3-cü yerin qalibi müsabiqədə komanda şəklində işləyən Memarlıq
fakültəsinin tələbələri Raisə Qurbanlı, Fərəh Əliyeva və Ruhanə
Ağayeva, 2-ci yerin qalibi Memarlıq fakültəsinin tələbələri Elvina
Bayramzadə və Ömər Aşan, 1-ci yerin qalibi, müsabiqəyə tək qoşulan
I kurs magistr tələbəsi Aygün Abbasova olub. Qaliblər diplomla
təltif olunub.

Şirkət tərəfindən 1-ci yerin qalibinə 1000 azn, 2-ci yerin
qalibinə 700 azn, 3-cü və 4-cü yerin qalibinə isə 300 Azn pul
mükafatı təqdim olunub. Eyni zamanda digər iştirakçılara isə
sertifikatlar təqdim olunub.

Teqlər: