Gürcüstan cəmiyyəti hökuməti devirməkdənsə, oktyabrda keçiriləcək parlament seçkilərində müxalifətin qələbəsini təmin etmək üçün səfərbər olmalıdır.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində parlamentin “xarici agentlər” haqqında qanunu qəbul etməsini şərh edərkən deyib.
“Biz bu seçkilərdə qalib gəlmək üçün cəmiyyətin bu səfərbərliyindən və siyasi partiyaların birləşməsindən istifadə etməliyik. Çünki bu, Avropa yoludur. Hakimiyyətin devrilməsi yox, seçkilərdə qələbədir”, – deyə prezident bildirib.