İranda son ümummilli etirazlar zamanı dəfələrlə etirazçılarla həmrəy olduğuma görə pasportum əlimdən alınıb.
AzerTimes xəbər verir ki, bu sözləri İran milli futbol komandasının keçmiş ulduzu Əli Dayi İnstaqram hesabında yazıb.
Əli Dayi “Məhbuslara qeyd-şərtsiz azadlıq arzusu ilə” başlıqlı paylaşımda son günlər ona və ailəsinə qarşı saysız-hesabsız təhdidlər olduğunu açıqlayıb.
Xatırladaq ki, keçmiş ulduz bundan əvvəl İrandakı mövcud vəziyyət və etirazlarda həyatını itirənlərə görə FİFA və Qətər Futbol Federasiyasının Dünya Çempionatında iştirak etmək üçün rəsmi dəvətini rədd edib.