Hökməlidə şəhid Balaş Cəfərovun il mərasimi keçirilib (FOTO)

Vətənimizin bütövlüyü uğrunda silaha sarılaraq döyüşlərə atılan əsgər Cəfərov Balaş Namiq oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan şəhidin ailəsinə baş çəkilib.

Mərasimda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

RİH başçısı İ.Gülməmmədova və Ş.Seyidzadə şəhidimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Teqlər: