Hökməlidə obyektdə yanğın başlayıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.