HMS-lər cəbhədədir, Moskva müdafiəsizdir – Ekspert

HMS-lər cəbhədədir, Moskva müdafiəsizdir – Ekspert

Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadakı hava hücumundan müdafiə sistemi dünyanın ən güclüsüdür. Bəlkə də Moskva və Kreml üzərində hava hücumundan müdafiə sisteminə Krım və Rusiyanın Qara dəniz Donanmasının əsas bazası – Sevastopol üzərində sistemlər rəqib ola bilər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov “Moskvanı mümkün dron hücumlarından qorumaq üçün hansı qüvvələrə ehtiyacı var?” sualına cavab olaraq deyib.

“Amma biz görürük ki, nəinki Moskvaətrafı ərazilərdə, hətta bilavasitə Rusiyanın paytaxtında da vaxtaşırı baş verən o hadisələr rus təbliğatçılarının açıqlamalarına uyğun gəlmir”, – o bildirib.

Ekspert qeyd edib ki, ruslar özlərini qorumaq üçün xeyli sayda hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyurlar:

“Lakin burada bir problem yaranır: onların müdafiə sistemləri ukraynalı müdafiəçilərdən qorunmaq üçün Ukrayna cəbhəsində yerləşdirilib”.

Teqlər: