İsrail Hizbullahla genişmiqyaslı müharibəyə başlamalıdır.
AzerTimes xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
“İsrail bir uğurlu qabaqlayıcı hücumla kifayətlənməməlidir, biz Hizbullaha qarşı şimaldakı təhlükəni aradan qaldıracaq və sakinlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan verəcək həlledici müharibəyə başlamalıyıq”, – nazir bildirib.