Ötən gün axşam saatlarında Hizbullahın Hayfanın cənubundakı İsrail hərbi bazasına endirdiyi zərbə nəticəsində 4 əsgər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, öldürülən əsgərlərin hamısı 19 yaşındadır və təlimə cəlb edilibmiş.
Qeyd edək ki, ötən gün Hizbullahın PUA ilə Hayfanın cənubundakı hərbi bazaya zərbəsi nəticəsində 67 əsgərin yaralandığını İsrail təsdiqləmişdi.