Livandakı Hizbullah hərəkatı hərbi qanadını tamamilə bərpa edib və indi İsraili çətin günlər gözləyir.
AzerTimes xəbər verir ki, bunu SEPAH-ın keçmiş komandanı, general Möhsün Rzayi deyib.
“Qətl dalğası ilə üzləşdikdən sonra Hizbullah döyüş təşkilatını tamamilə yenidən qurdu. İndi Hizbullahın döyüş maşını işə salınıb və sionistləri çətin günlər gözləyir”, – o bildirib.
Qeyd edək ki, Hizbullahın Hayfa yaxınlığındakı hərbi bazaya ötən gün endirdiyi zərbə nəticəsində İsrailin 4 əsgəri ölüb, 67 əsgəri yaralanıb.