Hizbullahın bir raketini tutmaq İsrailə neçəyə başa gəlir?

Hizbullahın bir raketini tutmaq İsrailə neçəyə başa gəlir?

Hizbullah tərəfindən buraxılan hər bir pilotsuz uçan aparatının İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulması təxminən 100 min dollara başa gəlir.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Voll Strit Jurnal” (WSJ) yayıb.

Bildirilib ki, vurulan hər raket İsrail Müdafiə Qüvvələrinə (İDF) bir neçə milyon dollara başa gəlir ki, bu da ölkənin resurslarını tükəndirir.

Yəhudi dövlətinin şimal bölgələrinə edilən son hücum zamanı Livandan 50-yə yaxın raket atılıb. Onlardan bəziləri, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ələ keçirilib.

Mütəxəssislərin qeyd etdiyi kimi, döyüş meydanında dronlardan artan istifadə xərclərin asimmetriyasını üzə çıxarıb: müdafiə hücumdan daha bahalıdır.

Teqlər: