Hizbullah İsrailin şimalındakı Nahariya şəhərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata əsasən, Livandan atılan iki raket İsrail-Livan sərhəddində yerləşən Nahariya şəhəri yaxınlığındakı açıq sahələrə düşüb.
İtki və tələfat olmadığından həmin vaxt sirenlər işə salınmayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri fevralın 4-də Livanın cənubundakı Hizbullah mövqelərinə silsilə zərbələr endirib.