Hizbullah hərəkatından atəşkəsin pozulması ilə bağlı bəyanat verilib.
AzerTimes xəbər verir ki, hərəkat ötən gün axşam saatlarında İsrail ordusunun işğal olunmuş Livanın Kfar Şuba təpələrindəki Ruveysat əl-Aləm məntəqəsini hədəf almasına cavab olaraq tədbir gördüyünü bildirib.
Həmçinin, İsrailin atəşkəsi dəfələrlə pozmasına cavab olaraq zərbə endirildiyi vurğulanıb.
Hərəkat bəyan edir ki, İsrail xüsusilə, Livanın cənubuna və Beka vadisinə hücumlarını gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Qeyd edək ki, ötən gün Hizbullah İsrail ərazisinə 2 raket zərbəsi endirib. Daha sonra isə İsrailin hücuma cavab olaraq hücuma keçdiyi xəbəri yayılıb.