Hizbullaha möhlət verilməyəcək və İsrail ordusu Livandakı terror qruplaşmasına qarşı əməliyyatlarını sürətləndirəcək.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Var gücümüzlə işləməyə davam etməliyik. Bu gün hücum əməliyyatlarını sürətləndirəcəyik və bütün mövqeləri möhkəmləndirəcəyik. Vəziyyət bütün cəbhələrdə intensiv fəaliyyətin davam etdirilməsini tələb edir”, – o bildirib.