Hizbullah hərəkatı Təl-Əvivdəki MOSSAD qərargahına zərbə endirdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə görüntülər Teleqram kanallarında yayılıb.
İddiaya görə, hərakat Təl-Əvivdə Glilot kəşfiyyat bazasını “Fadi-4” raketi ilə hədəfə alıb.
Qeyd edək ki, “Tayms of İsrail” Hizbullahın Təl-Əvivə atdığı raketlərdən birinin Kafr Qasim yaxınlığındakı Route 6 magistralına düşdüyünü açıqlamışdı.