Hizbullah lideri Həsən Nəsrullah İsrailin keçən həftə hərbi komandirini öldürməsinə güclü və təsirli cavab verəcəyini vəd edib.
AzerTimes xəbər verir ki, bu barədə Nəsrullah Beyrutda hərəkatın komandiri Fuad Şükrün öldürülməsi ilə bağlı televiziya çıxışında deyib.
Nəsrullah bildirib ki, Hizbullah təkbaşına, ya da regional müttəfiqləri ilə birlikdə hərəkət edəcək:
“Nəticələri nə olursa olsun, müqavimət qüvvələri İsrailin bu hücumlarını diqqətdən kənarda qoymayacaq”.