Hizbullah İsrailin şimalını hədəf aldı

Hizbullah İsrailin şimalını hədəf aldı

Livan Hizbullahı İsrailin şimalına artilleriya və raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bu barədə “Taym of İsrail” məlumat yayıb.

Məlumata əsasən, Hizbullah Livan sərhədi yaxınlığındakı Əl-Mutla bölgəsində bir İsrail hərbi avtomobilini idarə olunan raketlə vurub. Hücum nəticəsində İsrail ordusunun bir əsgəri yüngül xəsarət alıb.

Həmçinin ölkənin şimalındakı Əl-Məlkiyə bölgəsinə də 7 raket atıldığı bildirilib.

Qeyd edək ki, İsrail mətbuatı ölkənin şimal bölgələrində həyəcan siqnalının işə salındığını vurğulayıb.

Teqlər: