Hizbullah İsrailin cənubundakı Aşdod liman şəhərindəki dəniz bazasına ilk dəfə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Müqavimət qüvvələri bu gün səhər saatlarında Livan-Fələstin sərhədindən 150 km məsafədə yerləşən Aşdod dəniz bazasına ilk dəfə PUA zərbəsi endirib”, – məlumatda qeyd olunub.
Məlumata görə, PUA hədəfləri dəqiqliklə vurub.