Hizbullah bu gün səhər saatlarında İsrailin 10 hərbi bazasını hədəfə aldığını bildirən bəyanat yayıb.
AzerTimes xəbər verir ki, məlumata əsasən, ölkənin şərq və qərb hissəsi ayrı-ayrı vaxtlarda müvafiq silahlarla hədəf alınıb. Bu hücumlar siyahısında “Rahab” bazasında yerləşən İsrailin kəşfiyyat texnikasının da vurulduğu bildirilib.
İsrail mediası isə bu gün Livanın cənubunda Hizbullaha məxsus 3 binaya və terror infrastrukturuna zərbələr endirildiyini bildirib.
Hələlik itki və tələfat haqqında məlumat verilməyib.