Hizbullah İsraili “Katyuşa” ilə vurdu

Hizbullah İsraili “Katyuşa” ilə vurdu

Hizbullah hərəkatı İsrailin şimalına onlarla “Katyuşa” raketi (BM-13) atdığını, Amiad şəhərindəki hərbi baza və logistika anbarlarını hədəf aldığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Həmçinin Livanın Kfarçuba təpələrində İsrailin “Merkava” tankının raketlə məhv edildiyini açıqlayıb.

İsrail hərbçiləri Yuxarı Qalileydəki hücumu təsdiqləyərək, beş mərminin İsrail ərazisinə düşdüyünü, lakin itkilərin olmadığını bildirib. Lakin tanka hücumla bağlı heç bir açıqlama verilməyib.

Teqlər: