Hizbullah İsrailə hücumu dayandırdı

Hizbullah İsrailə hücumu dayandırdı

Hizbullah lideri Həsən Nəsrullah bildirib ki, hərəkatın İsrailə cavab zərbəsi Qəzzada atəşkəs danışıqları da daxil olmaqla bir sıra səbəblərə görə təxirə salınıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O qeyd edib ki, hərəkat “öz mülahizələrini rəhbər tutaraq” İsraili müttəfiqlərindən ayrı vurmaq qərarına gəlib.

Hizbullah lideri bildirib ki, hərəkat İsrailə cavab planı hazırlayarkən mülki şəxslərə qarşı hücumlardan imtina edib və Qlilot hərbi bazasını atəşə tutmaq qərarına gəlib.

Teqlər: