Hizbullah döyüşçüləri Qərbi Qalileydə “Burkan” raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, hücumda “Cel əl-Aləm” yüksəkliyindəki radiolokasiya, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb:
“Zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav-am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb. Bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib”.
Qeyd edək ki, bundan öncə İsrail hərbi qüvvələri Livanda Hizbullahın hərbi obyektlərinə zərbələr endirmişdi.