Hizbullahın silahlı birləşmələri günorta saatlarında İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə çoxsaylı raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” televiziyası məlumat yayıb.
Məlumata görə, onlar İsrailin şimalındakı sərhəd bölgələrinə azı 50 mərmi atıb:
“Zərbələr Kiryat Şmona, Marqaliot və Metula şəhərlərində qeydə alınıb. İki israilli qəlpələrdən yaralanıb”.
Qeyd edək ki, daha əvvəl Livanın cənubundan atılan 4 kamikadze PUA-sı İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib.