Rəsmi Beyrut Hizbullah hərəkatından zəmanət alıb ki, israillilər Livana qarşı əməliyyata başlamasa, onlar İsrail və HƏMAS arasında döyüşlərə qatılmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
“Livanın xarici işlər naziri Abdallah Buhəbib bildirib ki, hökumət Hizbullahdan döyüşlərə qoşulmayacağına dair zəmanət alıb”, – məlumatda qeyd olunub.