Hizbullah silahlı milis birləşmələri ilk dəfə olaraq İsrail ərazisinə daxil olmağa cəhd edib.
AzerTimes xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, döyüşçülər Doviv kibbutz bölgəsindəki yeraltı tunel vasitəsilə İsrailin şimalına sızıblar. İsrail hərbçiləri onlara atəş açıb və altı nəfəri öldürüb.
Əməliyyatın başqa təfərrüatları barədə məlumat verilmir.