Hizbullah: Cavabımız düşündüklərindən daha ağır olacaq

Hizbullah: Cavabımız düşündüklərindən daha ağır olacaq

İşğalçılara onların təxəyyül edə bilməyəcəyi cavab verəcəyik.

AzerTimes xəbər verir ki, bunu Hizbullahın icra şurasının rəhbəri Haşim Səfiuddin Livanın cənubunda İsraillə son qarşıdurma haqda danışarkən deyib.

“Biz Qəzzanı dəstəkləməkdən heç vaxt əl çəkməyəcəyik. Müqavimət ən yüksək hazırlıq səviyyəsindədir, düşmənlərin xəyali təhdidlərinin heç biri baş tutmayacaq. Bu gün müqavimət qüvvələri Livanın cənubunda düşmənə qarşı möhkəm dayanır. Bəzi yeni silahlardan istifadə sionistləri döyüş meydanına daxil olmanın təsir və nəticələri barədə düşünməyə vadar edir”, – o bildirib.

Teqlər: